BAKI, 13 mart. TELEQRAF

"Forum nəticəsində ən müxtəlif fikirlərin belə birgə müzakirəsi üçün imkanlar oldu".

Teleqraf xəbər verir ki, Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç jurnalistlərə açıqlamasında deyib.

“Hər gün dünyada yeni hadisələr baş verir. Hazırda fərqli bir dövrdən keçirik – hər gün yeni hadisələr və yeni mübarizələr yaşanır. İkinci Dünya müharibəsindən sonra qurulan təşkilatların sarsılmağa doğru getdiyini müşahidə edirik. Buna görə də yeni idarəetmə modellərinin axtarıldığı bir dövrə daxil olmuşuq”,- o qeyd edib.