
BAKI, 13 mart. TELEQRAF
Rusiya ilə ABŞ arasında bu gün danışıqlar keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
"Rusiya, ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanında keçirilən danışıqların nəticələrini Vaşinqtonla müzakirə etməyə hazırdır və bu, bu gün baş verə bilər",- o qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bu gün Moskvaya səfər edib.