
BAKI, 12 mart. TELEQRAF
Rusiya atəşkəs üçün əsas şərtlərdən biri kimi Ukraynaya hərbi yardımın dayandırılmasını tələb edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
“Kreml atəşkəs üçün şərt kimi Ukraynaya silah tədarükünün dayandırılmasını da tələb edə bilər”, - deyə qeyd edilib.
Əlavə olaraq vurğulanır ki, Rusiya tamerikalılarla Ciddədə Ukrayna ilə əldə edilmiş razılaşmalar məsələsi ilə bağlı hələlik danışıqlar aparmayıb.
Bildirilir ki, Rusiya hazırda bütün məqamlarla tam razılaşmır və atəşkəs şərtlərinə yenidən baxılmasını tələb edir.
Qeyd edək ki, fevralın 27-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, rəsmi Moskva Ukrayna böhranını sülh yolu ilə həll etməkdən heç vaxt imtina etməyib.