BAKI, 13 mart. TELQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 3,370.5 min dollar dəyərində 3,847.1 ton nar ixrac edilib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə nar ixracı həcm baxımından 37,3%, dəyər baxımından isə 34,2% artıb.

Azərbaycan qlobal miqyasda aparıcı nar ixracatçılarından biri kimi tanınır. Ötən iki ayda baş tutan ixracın əsas istiqamətləri və bazarlar barədə əlavə məlumat verilməsə də, ötən il Azərbaycan, narı əsasən Rusiya, Ukrayna və Gürcüstan ölkələrinə tədarük edib.