BAKI, 13 mart. TELEQRAF

ABŞ Ukraynaya hərbi yardımı bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə təmsilçisi Ceyms Hevit deyib.

O bildirib ki, bu qərar Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edildikdən sonra verilib.

Xatırladaq ki, fevralın 28-də Oval kabinetdə Prezident Donald Tramp, vitse-prezident Ceyms Devid Vens və Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaranan qalmaqaldan sonra rəsmi Kiyevə hərbi yardımlar dayandırılmışdı.