
BAKI, 10 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşünün vaxtı hələ müəyyənləşməyib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
“Tramp və Putin arasında görüş üçün hələ ki konkret tarix müəyyən edilməyib”, - o deyib.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Trampın yeni səlahiyyət müddəti başlayandan bəri dövlət başçıları bir-birinə yalnız bir dəfə zəng ediblər.
Onun sözlərinə görə, Moskva və Vaşinqton ikitərəfli münasibətlərin bərpası yolunun başlanğıcındadır.