BAKI, 5 mart. TELEQRAF
Bu gün Heydər Əliyev Sarayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilir.
Teleqraf xəbər verir ki, tədbir başlayanda Azərbaycan Himni səsləndirilib, təyyarə qəzasında həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra qadınlara həsr edilmiş video çarx nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin 1-ci müavini Əli Əhmədovun açılış nitqləri dinlənilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi fəaliyyəti ilə seçilən qadınlar iştirak ediblər.
Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.