
BAKI, 5 mart. TELEQRAF
"Fransa müttəfiq ölkələrə Ukraynaya edilən yardımın miqdarının artırılmasını təklif edir".
Teleqraf xəbər verir ki, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında əksini tapıb.
Vurğulanıb ki, ABŞ-nin Kiyevə dəstəyini dayandırmasının nəticələri hələ müəyyən edilməyib:
"İstənilən halda, biz Ukraynaya dəstəyimizi artırmalıyıq. Bu, Avropa İttifaqı Şurasının martın 6-da keçiriləcək fövqəladə sammitinin mövzusu olacaq".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın qərarı ilə martın 4-dən Ukraynaya hərbi yardımlar dayandırılıb.