BAKI, 4 mart. TELEQRAF

Siyəzəndə saxlanılan 2 nəfərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Bu barədə Teleqraf-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri əvvəllər məhkum olunmuş Yəhya Güləliyev və Namiq Məhərrəmov saxlanılıblar.

Onlardan ümumilikdə 1 kiloqram marixuana və heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.