
BAKI, 4 mart. TELEQRAF
Ağ Evdə görüş zamanı Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp arasında münaqişə Amerika tərəfindən əvvəldən qəsdən planlaşdırıla bilərdi.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın gələcək kansleri Fridrix Merz deyib.
“Fikrimcə, Oval kabinetdə baş verənlər Zelenskiyə kortəbii reaksiya deyildi, açıq təxribatçı eskalasiya idi. Söhbətin tonu məni bir qədər təəccübləndirdi, heç bir faydası olmadı”, - siyasətçi bildirib.
Merz Zelenski ilə görüşdə istifadə olunan ritorikanın ABŞ-nin yeni administrasiyasının ümumi davranış xəttinə uyğun olduğuna inandığını söyləyib.