BAKI, 4 mart. TELEQRAF

Əslində ABŞ Ukraynanın Rusiyaya təslim olmasını tələb edir. Qəribə şəkildə bu məsələdə Moskva və Vaşinqtonun maraqları üst-üstə düşür.

Teleqraf xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.

Onun sözlərinə görə, hazırda ABŞ ilə danışıqların nə vaxt bərpa olunacağını söyləmək çətindir, çünki Prezident Donald Tramp Kiyevə qarşı qəbuledilməz tələblər irəli sürür.

“Əlbəttə, Kiyevdə heç kim belə bir ünsiyyət formatına razı deyil. Ancaq anlamalıyıq ki, hələ də kompromis tapmalı olacağıq. Hələlik avropalı tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Çünki Avropa başa düşür ki, qitənin şərq cinahını müdafiə edən Ukrayna məğlub olarsa, Baltikyanı ölkələr və ya Polşa təhlükə altında olacaq. Buna görə də müdafiələrini gücləndirməyə çalışırlar”, - Seleznyov bildirib.