
BAKI, 4 mart. TELEQRAF
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının məşhur aktyor və rejissor Yılmaz Ərdoğanla telefon danışığı olub.
Teleqraf xəbər verir ki, telefon danışığında Ərdoğan Cümhur İttifaqının (AKP-MHP Alyansı) “Terrorsuz Türkiyə” prosesinə verdiyi töhfələrə görə Baxçalıya təşəkkür edib.
MHP sədri Yılmaz Ərdoğanın yazdığı və baş rolda oynadığı “İnci dənələri” (“İnci taneleri”) adlı serialı bəyəndiyini və izlədiyini bildirib.
Baxçalı sənətçinin serialda canlandırdığı obrazın ləyaqətli duruşunun olduğunu da vurğulayaraq, Ərdoğanı uğurlu performansına görə təbrik edib.