TBİLİSİ, 4 mart. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistana rəsmi səfərə yollanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.

İ.Kobaxidze səfər çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, baş nazir Abdulla Aripov və digər rəsmi şəxslərlə görüşəcək.

Baş nazirin rəhbərtik etdiyi nümayəndə heyəti Daşkənddə keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Özbəkistan Hökumətlərarası Komissiyasının 10-cu iclasına da qatılacaq.

Heyətə baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, idman naziri Şalva Qoqladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.