
BAKI, 3 mart. TELEQRAF
Naxçıvan Dövlət Universitetinə yeni prorektor təyin olunub.
Teleqraf xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Nicat Əsgər oğlu Yaqubov ali məktəbin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə gətirilib. O, son təyinatadək Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib.
Qeyd edək ki, N. Yaqubov 27 may 1982-ci ildə Culfa rayon Bənəniyar kəndində anadan olub. 1988-1999-cu illərdə Bənəniyar kənd orta məktəbində təhsil alıb. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.