
BAKI, 3 mart. TELEQRAF
"Azərbaycan həbsxanalarında 24 minədək məhbus var".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, cəzaçəkmə müəsissələrində sıxlıqlar müşahidə olunur və həbsxanaların sayının artırılması problemin həll yolu deyil.
Z.Oruc deyib ki, əhali sayı baxımından həbsxanalarda olan vətəndaşların nisbətinə görə Azərbaycan 60-cı yerdədir.