
BAKI, 3 mart. TELEQRAF
Yanvarda Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması zamanı Amerikanın o zamankı Dövlət katibi Entoni Blinken sərhəd təhlükəsizliyi imkanlarını inkişaf etdirmək üçün yerli tərəfdaşlarla işləmək üçün yaxın həftələrdə ABŞ-nin gömrük və sərhəd nəzarəti qrupunun Ermənistana gələcəyini açıqlamışdı.
Teleqraf xəbər verir ki, aradan keçən müddətdə gözlənilən baş tutmayıb.
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bu gün ABŞ qrupunun gəlişinin niyə bu qədər uzanması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Ölkə rəsmisinin məsələ ilə əlaqədar cavabı aydınlaşdırıcı olmayıb.
“Bu, davam edən bir işdir. Tənzimləmələr davam edir, son tarixə gəlincə, (ABŞ-də - red.) bütün rəhbərliyin dəyişdiyini unutmayın”, - Ovannisyan bildirib.