BAKI, 3 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində, Binəqədi rayon 115 nömrəli orta məktəbində, Sabunçu rayon 187 nömrəli tam orta məktəbində, Nizami rayonu 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında və Yasamal rayonu Fizika-riyaziyyat və informatika təmayüllü liseydə, Sumqayıt Regional Mərkəzi tərəfindən Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsində, Sumqayıt şəhər 18 nömrəli uşağ bağçasında, Abşeron rayon Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbində, 24 nömrəli körpələr evi-uşaq bağçasında, 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Abşeron rayon Xırdalan şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə Regional Mərkəzi tərəfindən Samux rayon N.Gəncəvi adına Sərkar kənd tam orta məktəbində, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə və Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayon İ.Hüseynov adına Osaküçə kənd tam orta məktəbində və Astara rayon Y.Ağayev adına Artupa kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayon B.Pirmuradov adına Bayramkoxalı kənd tam orta məktəbində və E.Səmədov adına Mamaylı kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon S.Vurğun adına 2 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Xocəvənd rayon Tuğ kənd 1 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Ucar şəhər 3 nömrəli tam orta məktəbində və Kürdəmir şəhər 4 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.