
BAKI, 2 mart. TELEQRAF.
Birləşmiş Ştatlar Vaşinqton və Moskva ilə işləməyə hazır olan Ukrayna lideri istəyir.
Teleqraf xəbər verir ki, bu mövqeyi ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals CNN-ə müsahibəsində açıqlayıb.
O bildirib ki, Volodimir Zelenski bu şərtləri yerinə yetirməsə, problem olacaq.
Vals deyib: “Bizə bizimlə işləyə bilən, hansısa məqamda ruslarla anlaşa bilən lider lazımdır və əgər məlum olarsa ki, Zelenskinin şəxsi və ya siyasi motivləri ölkəsindəki döyüşləri bitirmək məqsədinə uyğun gəlmir, o zaman düşünürəm ki, bizim üçün gerçəkdən problem olacaq”.
O, aparıcının ABŞ Prezidenti Donald Trampın Zelenskinin istefasını istəməsi ilə bağlı sualını belə cavablandırıb.