BAKI, 2 mart. TELEQRAF
Çexiya Prezidenti Petr Pavel Ukraynaya dəstək üçün Beynəlxalq Sülh Koalisiyası yaradılması təklifi ilə çıxış edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Ukraynada ədalətli sülhə nail olmaq üçün beynəlxalq koalisiyanı yaratmaq imkanını nəzərdən keçirməyin vaxtıdır”, - Çexiya lideri bildirib.
O qeyd edib ki, münaqişə Kiyevə uyğun şərtlərlə bitməlidir.