BAKI, 28 fevral. TELEQRAF

Nadir torpaq metallarına dair saziş çərçivəsində Ukrayna ABŞ ilə iki əlavə razılaşma imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbərinin köməkçisi Mixail Podolyak bildirib.

“Bunlardan biri təhlükəsizlik təminatlarına dair olacaq və silah tədarükünü nəzərdə tutacaq. İkinci razılaşma isə investisiyalarla bağlı saziş olacaq və burada Ukraynanın yenidən qurulması məsələsinə də diqqət ayrılacaq", - o qeyd edib.