Ukrayna və ABŞ arasında nadir faydalı qazıntılarla müqavilə imzalanmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Ukrayna və ABŞ prezidentləri Donald Tramp və Volodimir Zelenski nadir faydalı qazıntılarla bağlı sazişin imzalanması ilə bağlı razılığa gələ bilməyiblər.

Qeyd edək ki, iki ölkə liderlərinin danışıqları gərgin keçib və onlar mətbuat qarşısında mübahisə ediblər.