BAKI, 28 fevral. TELEQRAF

Rusiya ABŞ tərəfinə birbaşa hava əlaqələrinin bərpası imkanını nəzərdən keçirməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Konkret olaraq, biz ABŞ tərəfinə birbaşa hava əlaqələrinin bərpası imkanını nəzərdən keçirməyi təklif etdik", - məlumatda deyilir.

Qeyd edək ki, dünən ABŞ və Rusiya arasında Türkiyədə danışıqlar baş tutub.