
TBİLİSİ, 28 fevral. TELEQRAF
Tbilisi Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sərnişinlərin aeroport binasına daxil olmasına icazə verilib.
Hava limanında elan edilmiş təxliyənin səbəbi hələ açıqlanmır.
***
22.04
Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sərnişinlərdən aeroport binasını tərk etmələri tələb olunub.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, hava limanında təhlükəsizlik protokoluna uyğun tədbirlər həyata keçirilir.
Yerli medianın yaydığı məlumata əsasən, aeroporta bomba qoyulması barədə telefon zəngi daxil olub.