
BAKI, 28 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı amerikalı jurnalistlərdən biri onun geyiminin protokola uyğun olmadığına diqqət çəkib.
Teleqraf xəbər verir ki, YouTube vasitəsilə yayımlanan görüşdə jurnlasit Ukrayna prezidentindən işgüzar kostyumunun olub-olmadığını soruşub.
Jurnalist bildirib: “Bəzi amerikalılar sizin rəsmi etiketə hörmət etmədiyinizdən narazıdırlar”.
Ukrayna prezidenti suala müsbət cavab verib.