
BAKI, 28 fevral. TELEQRAF
Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukraynanın dövlət başıçısı Volodimir Zelenski arasında görüş olub.
Teleqraf xəbər verir ki, D.Tramp ukraynalı həmkarını Ağ Evin girişində qarşılayıb.
Daha sonra Oval zalda tərəflər arasında görüş başlayıb.
ABŞ Prezidenti görüşdə bildirib ki, Ukraynadakı münaqişəyə son qoymağın vaxtı çatıb.