Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda yolların buz bağlaması səbəbindən, xüsusilə yük avtomobillərinin hərəkətində problemlər yaranıb.

Teleqraf xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Məlumatda deyilir: "Yolda sürüşmə ehtimalını nəzərə alsaq mümkün qədər çox ara məsafəsi saxlanılmalı və sürət həddinə əməl edilməlidir. Bu zaman baş verə biləcək yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün ola bilər".

Paytaxtın bəzi əsas yollarında isə nəqliyyat sıxlığı hələ də qalmaqdadır.

Hazırda yollardakı vəziyyət belədir:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

***

28 fevral. 21:42

Paytaxtın bəzi küçə və prospektlərində yolun qarlı və buzlu olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.

Teleqraf xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Hazırda yollardakı vəziyyət belədir.
1. Əbdülvahab Salamzadə küçəsi, “Xutor” dairəsi, “3-cü mirkorayon dairəsi” istiqamətində;
2. Ziya Bünyadov prospekti, “Koroğlu” metro stansiyasının qarşısı, Qara Qarayev prospekti istiqamətində;
3. Bakı dairəvi yolu, Biləcəri istiqamətində;
4. Tbilisi prospekti, mərkəz istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.