
BAKI, 28 fevral. TELEQRAF
Rusiya və ABŞ İstanbulda keçirilən məsləhətləşmələrdə diplomatik missiyaların maliyyələşdirilməsini təmin etmək üçün birgə addımlar barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
"Xarici siyasət orqanlarının rəhbərlərinin tapşırığına əsasən, əvvəlki ABŞ administrasiyasından qalan bir çox narahatlıq yaradan amillərin aradan qaldırılması yolları müzakirə edilib. Həmçinin, Rusiya və ABŞ diplomatik missiyalarının fəaliyyətinin maneəsiz maliyyələşdirilməsini təmin etmək və diplomatların vəzifələrini yerinə yetirməsi üçün müvafiq şəraitin yaradılması məqsədilə birgə addımlar razılaşdırılıb”,- məlumatda deyilir.