.jpg)
BAKI, 28 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin antiterror əməliyyatı çərçivəsində fiziki və hüquqi şəxslərin traktorlarının terrorla mübarizə fəaliyyətində istifadəsinə icazə verən qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Rusiya qanunvericiliyinə görə, antiterror əməliyyatı rejiminin tətbiq olunduğu ərazilərdə əməliyyat müddətində vətəndaşların nəqliyyat vasitələrindən istifadə etməsinə icazə verilir. Nəqliyyat vasitələri yaralıların təcili olaraq tibb müəssisələrinə çatdırılması, habelə insanların həyatı və ya sağlamlığı üçün real təhlükə yarandığı təqdirdə terror aktı törətməkdə şübhəli bilinən şəxslərin təqibi məqsədi ilə istifadə oluna bilər.
Bura traktorlarla yanaşı, yol tikintisi, kommunal və kənd təsərrüfatı maşınları da daxildir.