BAKI, 25 fevral. TELEQRAF

ABŞ ilə nadir torpaq elementləri sahəsində əməkdaşlıq yalnız münasibətlərin normallaşmasından sonra başlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“ABŞ ilə nadir torpaq elementləri sahəsində əməkdaşlığımız yalnız münasibətlərin normallaşması və Ukrayna məsələsinin həllindən sonra başlaya bilər",- o qeyd edib.