
BAKI, 25 fevral. TELEQRAF
Kanada Ukraynaya qarşı müharibəni dəstəkləyən 76 rusiyalı şəxs və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trüdonun Ukraynaya səfərindən sonra ofisi açıqlama yayıb.
"Rusiyaya təzyiqi saxlamaq məqsədilə Baş nazir Castin Trüdo, Kremlə bağlı hərbi sənaye bazasını dəstəkləyən, Ukraynalı uşaqların qanunsuz deportasiyası və ya məcburi köçürülməsi ilə məşğul olan, həmçinin Rusiya Prezidenti Vladimir Putinin rejimini dəstəkləyən yüksək rütbəli rusiyalı dövlət məmurları və oliqarxlar da daxil olmaqla, 76 şəxs və təşkilata qarşı yeni sanksiyalar elan etdi", - açıqlamada deyilir.
Qeyd edək ki, Kanada Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zərər vuran, ciddi və sistematik insan hüquqları pozuntularına qarışan 3.000-dən çox şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.