BAKI, 25 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xarici siyasət strategiyası üç böyük güc - Amerika, Rusiya və Çin arasında (“Böyük üçlük” adlandırılır – red.) güc balansına əsaslanan yeni dünya nizamı yaratmağa fokuslanıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin “The Wall Street Journal” nəşrinin keçmiş baş redaktoru Cerard Beyker deyib.

“Bunu Trampın dünya səhnəsində Rusiya və Çinin maraqlarını nəzərə alması, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinə rəğbəti, ABŞ sərhədlərini Kanada, Qrenlandiya, Panama və Qəzza hesabına genişləndirməyə çalışması və xarici siyasəti iqtisadi faydalarla əlaqələndirməsi sübut edir”, - jurnalist bildirib.