BAKI, 22 fevral. TELERRAF

Ötən il üzüm istehsalında məhsuldarlıq daha çox Qazax-Tovuz iqtisadi rayonunun payına düşüb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a bildirilib ki, bölgədə ümumilikdə 80 min 675,2 ton üzüm istehsal edilib. Hər hektar sahədən 226,0 sentiner məhsul götürülüb. Ümumilikdə bölgə üzrə istehsal 2023-cü ilin göstəricisindən 3,7 min ton çox olub.

Tovuz rayonunda 30 min 514,5 ton, Şəmkir rayonunda 38 min 371,5 ton, Qazaxda 3 min 817,5 ton üzüm yığılıb.

Digər iqtisadi rayonlardan Dağlıq Şirvanda 26 min 150,9 ton, Lənkəran-Astarada 18 min 342,6 ton, Gəncə-Daşkəsəndə isə 15 min 685,9 ton üzüm istehsal olunub.

Ümumilikdə, 2024-cü ildə ölkə üzrə üzüm istehsalında azalma müşahidə olunub. Belə ki, 2024-cü ildə istehsal 205 min 105,2 ton olub. Halbuki 2023-cü ildə bu rəqəm 224 min 517,1 ton idi. Bəzi rayonlarda istehsalda artım olsa da, ümumi göstəricilər azalma istiqamətindədir.

Qeyd edək ki, ötən il Azərbaycanın təbii üzüm şərabları və üzüm suslosu ixracı da 42,6 azalıb. Ümumilikdə 2024-cü ildə 5443,5 min dollar dəyərində 182,1 min dkl təbii üzüm şərabları və üzüm suslosu ixrac edilib.