
BAKI, 22 fevral. TELEQRAF
2024-cü ildə ölkə üzrə ən çox pambıq Mil-Muğan iqtisadi bölgəsində istehsal edilib. 126 min 285 ton pambıq istehsal olunub. Hər hektar sahədən 30,1 sentner məhsul götürülüb. 2023-cü illə müqayisədə bu bölgədə pambıq istehsalı 14 min 667,8 ton artıb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a bildirilib ki, ötən il, Mərkəzi Aran, Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında pambıq istehsalı artıb.
Belə ki, 2024-cü ildə Mərkəzi Aranda istehsal göstəricisi 19 min 621,7 ton, Şirvan-Salyanda 79 min 414,5 ton, Qarabağ iqtisadi rayonunda isə 77 min 623,9 ton pambıq istehsalı qeydə alınıb və 2023-cü ilə nisbətdə bu göstəricilər artıb. Belə ki, 2023-cü ildə 74 min 473,7 pambıq istehsal edilmişdi.
Gəncə-Daşkəsən iqtisadi rayonunda isə, əksinə, 2023-cü illə müqayisədə azalma müşahidə olunub. Belə ki, bu bölgədə ötən il 4 min 70,5 ton pambıq istehsal olunub.
Qeyd edək ki, ötən il Azərbaycanda, ümumilikdə, 307 min 15,6 ton pambıq istehsal edilib. Hər hektar sahədən məhsuldarlıq 30 sentner olub. 2023-cü illə müqayisədə isə bu, 30 min 704,7 ton artım deməkdir.