BAKI, 22 fevral. TELERRAF

2024-cü ildə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) yığımında 476 min 448,7 ton ilə ən çox məhsul yığımı Qarabağ iqtisadi rayonunda qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən xəbərə görə, bu bölgədə məhsuldarlıq 1 hektardan 32,1 sentner olub.

Respublikanın digər rayonları üzrə məhsuldarlıq Abşeron-Xızı iqtisadi rayonunda 10 min 226,7 ton (20,1 sent/ha), Dağlıq Şirvan iqtisadi rayonunda 34 min 6187,2 ton (28,1 sent/ha), Gəncə-Daşkəsən iqtisadi rayonunda 154 min 934,8 ton (34,4 sent/ha), Qarabağ iqtisadi rayonunda 476 min 448,7 ton (32,1 sent/ha), Qazax-Tovuz iqtisadi rayonunda 206 min 795,7 ton (34,3 sent/ha), Quba-Xaçmaz iqtisadi rayonunda 205 min 946,2 ton (27,2 sent/ha), Lənkəran-Astara iqtisadi rayonunda 274 min 276,0 ton (27,7 sent/ha), Mərkəzi Aran iqtisadi rayonunda 360 min 176,9 ton (30,6 sent/ha), Mil-Muğan iqtisadi rayonunda 325 min 006,1 ton (41,3 sent/ha), Şəki-Zaqatala iqtisadi rayonunda 442 min 036,6 (32,8 sent/ha), Şərqi Zəngəzur iqtisadi rayonunda 39 min 507,2 (12,1 sent/ha), Şirvan-Salyan iqtisadi rayonunda isə 382 min 299,6 ton (33,0 sent/ha) olub.

Qeyd edək ki, dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) yığımında respublika üzrə istehsal 3 milyon 276 min 585,4 ton (31,0 sent/ha), Naxçıvan üzrə istehsal isə 52 min 743,5 ton (29,7 sent/ha) olub.