
BAKI, 22 fevral. TELEQRAF
2024-cü ildə ölkə üzrə ən çox kartof Qazax-Tovuz iqtisadi bölgəsində istehsal edilib. Belə ki, bu rayonlar üzrə 525 min 736,4 ton kartof istehsal olunub. Məhsuldarlıq 238,7 sent/ha təşkil edib. 2023-cü illə müqayisədə bu bölgədə kartof istehsalı artıb.
Teleqraf xəbər verir ki, ötən il Bakı, Naxçıvan, Dağlıq Şirvan, Gəncə, Daşkəsən, Quba, Xaçmaz, Lənkəran, Astara, Mərkəzi Aran, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonlarında kartof istehsalı azalıb.
Belə ki, 2024-cü ildə Naxçıvanda istehsal göstəricisi 23 min 321 ton, Dağlıq Şirvan iqtisadi rayonunda 15 min 126,4 ton, Gəncə-Daşkəsəndə 12 min 40,2 ton, Şərqi Zəngəzurda 622 ton, Şəki-Zaqatalada 52 min 955,1, Şirvan-Salyanda 9 685 ton, Lənkəran-Astarada 154 min 400,1 ton olub. Mərkəzi Aranda 27 min 107,9 ton, Quba-Xaçmazda 50 min 638,8 ton kartof istehsalı qeydə alınıb.
Mil-Muğan iqtisadi rayonunda 42 min 653,9 ton, Qarabağ iqtisadi rayonunda 17 min 777 ton kartof istehsal edilib.
Şərqi-Zəngəzur iqtisadi rayonunda istehsal edilən 622 ton kartofun 589 tonu Cəbrayılın, 52 tonu Zəngilanın payına düşüb.
Qeyd edək ki, ötən il Azərbaycanda, ümumilikdə, 927 min 381,7 ton kartof istehsal edilib.Hər hektar sahədən 193,3 sentiner məhsul götürülüb. 2023-cü illə müqayisədə istehsalda 83 min 136 ton azalma qeydə alınıb.
Kartof istehsalının 151,3 tonu istixanaların payına düşüb.