
BAKI, 22 fevral. TELEQRAF
Kollektiv Qərb Volodimir Zelenskinin idarəçilik qabiliyyətini həddən artıq şişirdib, lakin ABŞ Prezidenti Donald Tramp ona siyasətdən getmə şansı verməklə bu səhvi düzəldir.
Teleqraf xəbər verir ki, bu fikirləri rusyönümlü “Başqa Ukrayna” hərəkatı şurasının sədri Viktor Medvedçuk səsləndirib.
"Kollektiv Qərb Zelenskinin idarəçilik bacarığını həddən artıq şişirdib. Belə ciddi bir vəziyyətdə dünənki komikə etibar etmək ağılasığmazdır. Bunlar Zelenskiyə yox, ona yüz milyardlarla dollar sərmayə qoyanlara aiddir. Göründüyü kimi, o, sadəcə olaraq ordunu idarə etməyi bacarmır, hətta düzgün hesablamağı belə bacarmır", - Medvedçuk bildirib.
Siyasətçi əlavə edib ki, Zelenskinin hesablamalarına görə, ABŞ Ukraynaya 100 milyard dollardan az pul verib: "Tramp iddia edir ki, ABŞ 350 milyard dollar yardım ayırıb. Hətta prezidentin ABŞ-dəki əleyhdarları belə iddia edirlər ki, Amerikanın yardımı 175 milyard dollardan az ola bilməz. Aradakı fərqin hara getdiyini araşdırmaq lazımdır, bu çox böyük məbləğdir və yeni ABŞ hökuməti artıq bu məsələlərlə məşğuldur. Trampı heç vaxt sözlərini idarə etməyən və verdiyi vədlərə əməl etməyən bir siyasi təlxəyə inanmamaqda necə ittiham edə bilərsiniz?"
Medvedçuk həmçinin vurğulayıb ki, Zelenski Ukraynanın Aİ və NATO-ya daxil olması məsələsini manipulyasiya edir və bu əslində heç vaxt baş verməyəcək.