
QAZAX, 22 fevral. TELEQRAF
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Hamlet İbayev və 30 yaşlı Rəşid Quluzadə saxlanılıblar.
Teleqrafı-n yerli bürosu xəbər verir ki, saxlanılan şəxslərdən 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin narkokuryerlik etdikləri məlum olub.
Faktlarla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.