SAMUX, 22 fevral. TELEQRAF
Kür çayının Samux rayonunun Qaraağaclı kəndi ərazisindən keçən hissəsində batan 1999-cu il təvəllüdlü Muşviq İsmayılov və 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevin axtarışları davam edir.
Bu barədə Teleqraf-ın yerli bürosuna həmin şəxslərin yaxınları bildiriblər.
Məlumat üçün qeyd edək ki, hər iki şəxs fevralın 19-da Kürdə batıblar.
Fövqaladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri ərazidə axtarış işləri aparırlar.
