![](https://teleqraf.az/storage/2021/10/03/715x378/gurcustan.jpg)
TBİLİSİ, 17 fevral. TELEQRAF
Gürcüstanın Cinayət Məcəlləsində “vətənə xəyanət” maddəsi bərpa ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu barədə qərar parlament çoxluğunun bugünkü iclasında qəbul edilib.
“Adıçəkilən maddə avqust müharibəsindən öncə, 2007-ci ilin aprelində Vahid Milli Hərəkatın dövründə məcəllədən çıxarılıb. Bizim qərarımızla həmin maddə Cinayət Məcəlləsinə qaytarılacaq”, - o deyib.
Müvafiq qanunvericiliyin bu həftə ərzində parlamentə təqdim olunacağı gözlənilir.