
BAKI, 17 fevral. TELEQRAF
Türkiyənin Samsun şəhərinin Yakakent rayonunda güclü yağış səbəbindən yolda çökmə baş verib.
Teleqraf xəbər verir ki, ərazidə şiddətli yağıntının düşməsi çöl Oğuz və Yörük məhəlləsini birləşdirən yolda dərin çökmələr əmələ gətirib.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Yakakent Bələdiyyəsi səlahiyyətliləri görüləcək işlərlə yolun ən qısa zamanda açılacağını bildirib.