BAKI, 17 fevral. TELEQRAF

Türkiyənin paytaxtı Ankarada zəlzələ olub.

Teleqraf xəbər verir ki, zəlzələnin 11,48 kilometr dərinlikdə qeydə alındığı müəyyən edilib.

Şəhər rəhbərliyi 3,5 bal gücündə olan zəlzələnin heç bir itkiyə səbəb olmadığını bildirib.

Ankara Böyükşəhər Bələdiyyə başçısı Mənsur Yavaş da açıqlama verərək, indiyədək quruma zərərlə bağlı heç bir məlumatın daxil olmadığını qeyd edib.