
BAKI, 17 fevral. TELEQRAF.
Həkimlər iki Nyu-York sakininin Ebola vurusuna yoluxmasından şübhələnirlər.
Teleqraf xəbər verir ki, bu barədə "New York Post" qəzeti yazır.
Nəşrin məlumatına görə, xəstələr bir gün əvvəl Uqandadan qayıdıblar.
Onlar bənzər simptomlarla xəstəxanaya yerləşdiriliblər, lakin ekspertlər hələ də Ebola infeksiyası ilə bağlı testlərin nəticələrini almayıblar.
Xatırladaq ki, bir müddət əvvəl Uqandanın Səhiyyə Nazirliyi Ebola virusunun yayılması barədə məlumat vermişdi.