BAKI, 22 dekabr. TELEQRAF
Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk ölkədə prezident seçkilərinin keçirilməsi üçün əsas dörd şərti sadalayıb.
Teleqraf "Novosti.Live"a istinadən xəbər verir ki, Stefançuka görə, qarşıdan gələn seçkilərin təşkili üçün bir sıra məsələlər həll edilməlidir.
Stefançuk bildirib ki, buraya cəbhədə yerləşən hərbçilərin, xaricdə olan milyonlarla ukraynalının, Rusiyanın nəzarətindəki ərazilərdə vətəndaşların seçki hüquqları və demokratik seçkilər üçün xarici müşahidəçilərin prosesdə iştirakı daxildir.
Dekabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilər keçirməyə hazır olduğunu bildirib.