BAKI, 23 dekabr. TELEQRAF

Ukraynanın Lvov şəhərində hərbi qəbiristanlıqda dəfn üçün yerlər tam dolub.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, yaranmış vəziyyətlə əlaqədar şəhər rəhbərliyi həlak olan hərbçilərin dəfn olunması üçün yeni ərazi axtarmağa məcbur qalıb.

Məlumata əsasən, yeni seçiləcək ərazidə təxminən 500 yeni məzarın salınması nəzərdə tutulur.