BAKI, 23 dekabr. TELEQRAF

Azərbaycanın artan nəqliyyat-tranzit imkanları, bu sahədə təşəbbüsçüsü və iştirakçısı olduğumuz regional və qlobal əhəmiyyətli layihələr, o cümlədən Orta Dəhlizin təqdim etdiyi logistika potensialı Türkiyə ilə qarşılıqlı faydalı tərəfdaşlığa əlavə imkanlar açır.

Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan -Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

O bildirib ki, Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə addımlar həm iki ölkə, həm də region üçün tranzit imkanlarını genişləndirir:

“Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib. Bununla yanaşı, gələcəkdə Zəngəzur dəhlizi də beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək”.