BAKI, 23 dekabr. TELEQRAF
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, uşaqların 72-%-i internetdən gündəlik istifadə edir.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi yalnız milli səylərlə məhdudlaşdırıla bilməz.
"Uşağın sosial mühiti ailədir və rəqəmsal təhlükəsizliyin təməli də ailədə qoyulur. Rəqəmsal transformasiya prosesində heç bir uşaq kənarda qalmamalıdır. Hər bir uşaq bərabər imkanlara əsaslanan rəqəmsal mühitə çıxış əldə etməlidir. Bu gün atılan addımlar sabah daha təhlükəsiz, humanist bir rəqəmsal həyatın formalaşmasına gətirib çıxaracaq", - o əlavə edib.