ABŞ-nin vitse-prezidenti Cey Di Vens Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması imkanlarına dair yekun əminliyin olmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Vens qeyd edib ki, Ağ ev administrasiyası diplomatik səylərdə müəyyən irəliləyiş görsə də, bu, uğura dair möhkəm zəmanət vermir. Onun sözlərinə görə, tərəflər arasında dərin fikir ayrılıqları hələ də qalmaqdadır və Vaşinqton yekun sənədin imzalanacağını əminliklə proqnozlaşdıra bilmir.
ABŞ vitse-prezidenti çıxışı zamanı sülh planını tənqid edənləri fantaziya dünyasında yaşayan insanlar adlandıraraq, onların cəbhə xəttindəki reallığı görməzlikdən gəldiyini vurğulayıb.
Vens əlavə edib ki, ABŞ münaqişə tərəflərindən dialoqa doğru real addımlar görmədiyi təqdirdə, qarşıdurmanın qeyri-məhdud şəkildə maliyyələşdirilməsini planlaşdırmır.