BAKI, 23 dekabr. TELEQRAF

Azad Ticarət Sazişinin imzalanması imkanlarını araşdırmaq üçün Azərbaycanla araşdırma başlatmışıq.

Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan -Türkiyə İnvestisiya Forumunda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, bu Əli Əsədovla ilə dünən imzalanan fəaliyyət planının bir bəndində yer alıb:

“Bu istiqamətdə danışıqlarımızı davam etdirəcək və iş adamlarımızın əməkdaşlığı daha asan və sərfəli şəkildə inkişaf etdirmələri üçün birlikdə işləməyə davam edəcəyik. Bu mənada, investisiyalarımızın irəliləməsi sevindiricidir”.

Cevdet Yılmaz qeyd edib ki, Azərbaycanın həm regional, həm də qlobal miqyasda mühüm rol oynadığı enerji sektorundakı transformasiyasını minnətdarlıqla izlənilir:

Türkiyə olaraq bərpa olunan enerji investisiyaları və bu sahəyə transformasiya üçün qardaş Azərbaycanla hər cür əməkdaşlığa hazır olduğumuzu bildirmək istəyirəm. Azərbaycan qalıq yanacaqların qlobal miqyasda tədricən azalacağını və qalıq yanacaqlara əsaslanan enerji siyasətinin dəyişəcəyini yaxşı bilir. Bunu çox yaxşı dərk edən Azərbaycan bərpa olunan enerjiyə ciddi investisiyalar qoyur və biz bu yanaşmanı dəstəkləyirik. Eyni zamanda, qeyri-neft sektorlarının inkişafı da son dərəcə düzgün strategiyadır; iqtisadiyyatın şaxələndirilməsi və tək bir məhsula etibar etməmək də son dərəcə düzgün siyasətdir. Bu strateji transformasiyanın uğurla davam etdirilməsi regional enerji təhlükəsizliyi üçün də böyük əhəmiyyət kəsb edir”.