BAKI, 23 dekabr. TELEQRAF
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş prokuror Giorgi Qvarakidze məlumat verib.
“Gürcüstanın Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə həyata keçirdiyi operativ və istintaq tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili saxlanılıb. O, icraatımızda olan bir neçə cinayət işi üzrə rüşvət almaqda ittiham edilir”, - məlumatda deyilir.