BAKI, 23 dekabr. TELEQRAF

ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlər arxivini dekabrın 29-da açıqlaya biləcəyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Kaliforniyadan olan demokrat Ro Hanna "X" sosial şəbəkəsində məlumat verib.

O qeyd edib ki, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə daha bir sənəd paketini günün ikinci yarısında dərc edəcəyi gözlənilir. Ro Hanna bildirib ki, o, xüsusilə Federal Təhqiqat Bürosunun (FTB) şahidlərlə apardığı dindirmələrin protokollarını və Epşteynin şəxsi kompüterindən yüklənmiş elektron poçt arxivinin açıqlanmasını görmək istəyir.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi dekabrın 19-da Epşteynlə bağlı təxminən 4 min sənəd və fotoşəkil yayımlayıb.